Türkiyə Superliqasında 12-ci tura start verilib.
Modern.az xəbər verir ki, ilk oyun günündə "Qalatasaray" doğma meydanda "Başakşəhər"lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Bu qələbə ilə xalını 22-ə çatdıran "Başakşəhər" turnir cədvəlində liderliyə yüksəlib. 11 oyundan 21 xalı olan "Sivasspor" 2-ci, "Fənərbaxça" 20 xalla 3-cüdür. "Qalatasaray" isə 19 xalla 6-cı pillədə qalıb.