Modern.az

YAP yaşlı deputatları gənclərlə ƏVƏZLƏYƏCƏK - AÇIQLAMA

YAP yaşlı deputatları gənclərlə ƏVƏZLƏYƏCƏK - AÇIQLAMA

Aktual

28 Noyabr 2019, 15:24

"Azərbaycanda çox savadlı müasir biliklərə yiyələnmiş vətənpərvər hisslərə sahib gənc nəsil formalaşıb. Biz bununla qürur duyuruq".  

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran YAP sədr müavini-  icra katibi Əli Əhmədov deyib:

 

"Bu yanaşmadan çıxış etsək, parlament seçkilərində gənclərdən ibarət olan YAP deputat korpusunun formalaşması diqqət mərkəzimizdə olacaq. 

 

Azərbaycan xalqının parlamentdə təmsil etməyə ən layiq olan insanlardan söhbət gedir. Biz çalışacağıq bu gəncləri irəliyə çəkək, onları təşviq edək ki, YAP-ı parlamentdə təmsil etsinlər".

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok