Modern.az

Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR

Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR

8 Dekabr 2019, 15:09

Beşinci çağırış Milli Məclisin deputatı Yevda Abramov dəfn olunub.

O, Qubada Qırmızı Qəsəbə qəbirstanlığında torpağa tapşırılıb.

 

***

Uzun sürən xəstəlikdən sonra dünyasının dəyişən Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Y.Abramovun ailəsinə başsağlığı məktubu oxunub.

 

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Yevda Abramovun vəfatı xəbərini kədər hissi ilə qarşılayıb: “Yevda Abramov uzun illərdən bəri yüksək peşəkarlığı, davamlı və səmərəli fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz qazanıb. Azərbaycan Respublikasının “Şöhrət” ordeni təltif edilməsi onun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən xəbər verir. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

 

Vida mərasimində  Baş Nazirin müavini Əli Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, millət vəkili Vahid Əhmədov, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok