Modern.az

Bakıda futbolçunun bacısının intiharı ilə bağlı cinayət işi açıldı

Bakıda futbolçunun bacısının intiharı ilə bağlı cinayət işi açıldı

9 Dekabr 2019, 11:06

Bakıda tanınmış futbolçunun bacısının intihar etməsi ilə bağlı cinayət işi başlanıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, dekabrın 8-də Yasamal rayonu, Əhəd Əhmədov küçəsində kirayədə yaşayan 1992-ci il təvəllüdlü Sevinc Qırtımova yaşadığı binanın 18-ci mərtəbəsində özünü ataraq intihar edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, S. Qırtımova Azərbaycan millisinin sabiq, “Keşlə”nin hazırkı futbolçusu İlkin Qırtımovun bacısıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok