Modern.az

Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar

Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar

9 Dekabr 2019, 14:40

Bakıda 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib.

 

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cari il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət daxil olub.

 

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

 

Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok