Modern.az

Bakıda yaşayış binasında yanğın: 70 nəfər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın: 70 nəfər təxliyə olundu

12 Dekabr 2019, 09:45

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı mənzildə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok