Modern.az

Türkiyə parlamenti TÜRKPA-ya sədrliyi Milli Məclisə verəcək

Türkiyə parlamenti TÜRKPA-ya sədrliyi Milli Məclisə verəcək

Aktual

16 Dekabr 2019, 15:00

Dekabrın 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək.

 

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasdan öncə Assambleya Şurasının toplantısı olacaq, təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək.

 

Tədbirdə üzv ölkələrin parlament Sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

 

Plenar İclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstan Respublikasında keçirilən növbədənkənar Prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir. 

 

Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok