Modern.az

Bakıda yeniyetmə yol qəzasının qurbanı olub

Bakıda yeniyetmə yol qəzasının qurbanı olub

Aktual

18 Yanvar 2020, 20:37

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir