Modern.az

Goranboyda yanğın - xəsarət alan var

Goranboyda yanğın - xəsarət alan var

Aktual

28 Yanvar 2020, 10:22

Goranboy rayonunda yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 1 otağının qamışdan ibarət tavanı yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et