Modern.az

Kirmanda 51 casus saxlanılıb - SEPAH

Kirmanda 51 casus saxlanılıb - SEPAH

Dünya

Bu gün, 14:26

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kirman şəhərində ABŞ və İsrailin casus şəbəkəsini ifşa edib.

Modern.az xəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.

"SEPAH kəşfiyyatı Kirmanda düşmənin casus və terror şəbəkələrinə ağır zərbə vurub, 51 nəfər saxlanılıb", - məlumatda vurğulanıb.

Bildirilib ki, kəşfiyyat xidmətləri ilə əlaqəli 3 casus qrupu ifşa olunub, "İnternational" terror şəbəkəsi ilə əlaqəli 6 media agenti ələ keçirilib.

Qeyd edək ki, aprelin 18-də İranda ABŞ və İsrail ilə əlaqədə şübhəli bilinən 69 nəfər həbs olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?