Londonun şimal-qərbində yerləşən sinaqoqa hücum edilib, binanı yandırmağa cəhd göstərilib. Bu, son iki gün ərzində qeydə alınan ikinci oxşar insidentdir.
Modern.az "Sky News"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Kenton United Synagogue ərazisində baş verib. Əraziyə polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Hadisə nəticəsində otaqlardan birində tüstülənmə qeydə alınsa da, xəsarət alan olmayıb, binaya ciddi struktur ziyan dəyməyib.
Baş ravvin hücumu “qorxaqcasına” adlandıraraq, bunun Birləşmiş Krallıqda yəhudi icmasına qarşı zorakılıq və qorxu yaratmağa yönəlmiş kampaniyanın tərkib hissəsi olduğunu bildirib.
Qeyd edək ki, bir gün əvvəl də Londonun şimal-qərbində yəhudi xeyriyyə təşkilatına məxsus binaya hücum edilmişdi.