ABŞ İran raketləri üçün potensial hədəfə çevrilməmək məqsədilə hava hücumundan müdafiə sistemlərini gizli şəkildə İordaniyaya yerləşdirib.
Modern.az-ın məlumatına görə, bu barədə peyk görüntülərinə əsaslanan “Khabar Fouri” xəbər yayıb. Bildirilir ki, Vaşinqton bahalı HHM sistemlərini İran raketləri və pilotsuz uçuş aparatlarının təsir radiusundan uzaqlaşdırmağa çalışır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli şəxslər həlak olub. Bundan sonra Tehran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin regiondakı hərbi bazalarını hədəfə almağa başlayıb.
Tərəflər 8 aprel gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəlsələr də, 11-12 apreldə Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən İran-ABŞ danışıqları fikir ayrılıqları səbəbindən nəticəsiz yekunlaşıb.