Modern.az

Husilərdən Trampa XƏBƏRDARLIQ

Husilərdən Trampa XƏBƏRDARLIQ

Dünya

Bu gün, 15:59

Husilər ABŞ prezidenti Donald Trampı "sülhə mane olarsa" Bab əl-Məndəb boğazını bağlayacaqları ilə hədələyiblər.

Modern.az xəbər verir ki, bunu Husi hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bildirib.

"Əgər Səna (Husilərin nəzarəti altında olan Yəmənin paytaxtı - red.) Bab əl-Məndəb boğazını bağlamaq qərarına gələrsə, bütün bəşəriyyət onu açmaqda tamamilə aciz qalacaqlar. Buna görə də, Tramp - və onu bağışlayan ölkələr - sülhə mane olan bütün hərəkətlərə və siyasətlərə dərhal son qoymalı, xalqımızın və ölkəmizin hüquqlarına hörmət etməlidirlər", - deyə Hüseyn əl-Əzzi qeyd edib.

Bab əl-Məndəb boğazı Qırmızı dənizi və Ədən körfəzini birləşdirir və Fars körfəzi ölkələrindən Avropaya həyati əhəmiyyətli enerji təchizatı yoludur. Bütün dəniz neft ticarətinin təxminən 12%-i və dünyadakı mayeləşdirilmiş təbii qazın 8%-i boğazdan keçir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?