Modern.az

Avropa parlamentlərindən Azərbaycanla bağlı qərəzli qətnamələr

Avropa parlamentlərindən Azərbaycanla bağlı qərəzli qətnamələr

Aktual

Bu gün, 13:40

Niderland parlamenti aprelin 16-da Azərbaycanda həbsdə olan separatçıların “əsir” kimi təqdim edilərək azad olunması və qondarma erməni soyqırımının tanınması ilə bağlı iki qətnamə qəbul edib. Həmin gün Belçika Nümayəndələr Palatası da Qarabağı könüllü tərk etmiş ermənilərin beynəlxalq zəmanətlərlə geri qayıtmaq hüququnu dəstəkləyib.

Modern.az xəbər verir ki, sənədələr Azərbaycan-Ermənistan sülh gündəliyi üzrə təmasların intensivləşdiyi bir vaxtda qəbul olunduğundan, ekspertlər bunu siyasi siqnal və prosesə xarici təsir cəhdi kimi qiymətləndirirlər. Bildirilir ki, bu addımlar sülh prosesi fonunda əlavə siyasi gərginlik yaratmağa hesablanıb.

Mütəxəssislər Avropa parlamentlərində erməni mövzusunun gündəmdə saxlanılmasını diaspor fəallığı, siyasi lobbiçilik və geosiyasi maraqlarla əlaqələndirirlər.

Daha ətraflı ARB24-ün materialında:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?