Modern.az

Bəzi yerlərdə su olmayacaq

Bəzi yerlərdə su olmayacaq

Aktual

4 Fevral 2020, 09:15

Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 04 fevral 2020-ci il tarixində gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

 

Bu barədə Modern.az-a "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et