"Barselona"nın ulduz futbolçusu Lionel Messinin karyerasında 700-cü qol vurmasına 8 qol qalıb.
Modern.az xəbər verir ki, hazırda onun 849 oyuna 692 qolu var.
Bundan başqa Messinin 300-cü məhsuldar ötürmə etməsi üçün 15 assist qalıb. Ötən həftə "Levante" ilə matçda 104 saniyəyə 2 məhsuldar ötürmə ilə yadda qalan argentinalı hücumçu assistlərin sayını 285-ə çatdırıb.
Qeyd edək ki, futbol tarixində 300 məhsuldar ötürmə edən olmayıb.
T.İSMAYIL