Modern.az

Şəmkirlilər Tural Zeynalova güvənir: “Sizə səs verəcəyik”- Fotolar

Şəmkirlilər Tural Zeynalova güvənir: “Sizə səs verəcəyik”- Fotolar

Aktual

4 Fevral 2020, 11:14

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Tural Zeynalov seçiciləri ilə izdihamlı görüşlərini dünən də davam etdirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd bu dəfə Şəmkirin Çənlibel kəndində seçiciləri ilə bir araya gəlib.

 

Görüş zamanı Çənlibel kəndinin seçiciləri bəzi problemləri deputatlığa namizədin diqqətinə çatdırıblar. Kənd camaatı yolsuzluqdan, susuzluqdan şikayət ediblər. Daha sonra kənddə olan məktəbin təmirə  ehtiyacının olmasını Tural Zeynalova deyiblər.

 

Tural Zeynalov seçicilərinin problemlərini dinləyib.  Deputat seçilərsə, hər bir problemin həll ediləcəyinə və seçicilərinin səsləndirdiyi məsələləri aidiyyatı qurumlar qarşısında qaldıracağına söz verib.

 

Sonda seçicilər fevralın 9-da Tural Zeynalova səs verəcəklərini xüsusi qeyd ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et