Modern.az

Polis 46 nəfəri saxladı

Polis 46 nəfəri saxladı

Aktual

4 Fevral 2020, 11:48

2020-ci il fevral ayının 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb:

 

“Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib”.

 

Məlumata görə, Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb:

 

“Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et