Modern.az

Bakıya 300 ədəd avtobus gətirilib - FOTO

Bakıya 300 ədəd avtobus gətirilib - FOTO

Aktual

4 Fevral 2020, 16:54

Bakıya 300 ədəd yeni və müasir avtobus gətirilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

 

Onun sözlərinə görə, yaxın vaxtlarda həmin avtobuslar marşrut xətlərinə buraxılacaq:

 

"Həmin avtobusların 20 ədədi 18 metrlikdir. Prezident İlham Əliyevin göstərişi ilə bu il üçün daha 415 yeni avtobusun alınması nəzərdə tutulur. Bu da Bakıda avtobus parkının təxminən 60-70 faizinin yenilənməsinə səbəb olacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et