Türkiyənin Bakıdakı səfirliyinin yeni təyin olunmuş Mətbuat müşaviri Hüseyn Altınalan bu gün Modern.az-ın redaksiyasında olub.
Müşavir Azərbaycana olan sevgisini xüsusi qeyd edib:
“Azərbaycanı çox sevirəm. Düzdür, əvvəllər də sevirdim. Ancaq buraya gəlib yaşayandan sonra daha çox sevdim. Bakı gözəl şəhərdir. İnsanlarınız da çox mehriban və qonaqpərvərdirlər”.
Hüseyn Altınalan redaksiyada kollektivlə maraqlı müzakirələr açıb, vaxtilə jurnalist kimi fəaliyyətindən xatirələrini bölüşüb.
“Maşallah, redaksiya gənclərdən ibarətdir. Bu da bir fərqlilikdir. Əməkdaşlarınızı görüb Anadolu Ajansında müdir olarak çalışdığım günlər yadıma düşdü. Xəbər müdiri, Ortadoğu Bölgə müdiri və İstanbul Bölgə müdiri olaraq çalışdım. Müxbirlik ən gözəl peşələrdən biridir. Gün ərzində 4 saat yuxu yatsam da, işimi çox sevirdim. Yəqin ki, nə vaxtsa müxbirlik peşəmə geri dönəcəm”.
Türkiyəli müşavir iki ölkə arasındakı əlaqələrdən də söz açıb:
“Türkiyə-Azərbaycan dostluğu həmişə möhkəm olub və bu hər zaman da davam edəcək. Bu işdə mətbuatın da üzərinə iş düşür. Hamımızın borcu bu işdə fəal olmaqdır”.