Məşhur qazax yazıçısı Oljas Süleymanov parlament seçkilərində iştirak edəcək azərbaycanlı namizədə dəstək ifadə edib.
Modern.az xəbər verir ki, yazıçı 114 saylı Şəki kənd seçki dairəsindən deputatlığa namizəd İbrahimxəlil Balayevə dəstək videosu çəkib.
“Bizim xalqlarımız dostdur, bu hamıya məlumdur. Azərbaycanda dostlarım çoxdur. Hamısının adını çəkməyə imkanım yoxdur amma bir dostumun adını çəkəcəm. Bu İbrahimxəlil Nəriman oğlu Balayevdir. Ona mütləq dəstək lazımdır”.
Oljas Süleymanov İbrahimxəlil Balayevin türkdilli ölkələrə tez-tez səfərlər etdiyini və Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini insanlara çatdırdığını əlavə edib.