Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, "Opel" markalı avtomobil yük maşınına çarpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Vüsal Xəlilov xəsarət alıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.