Modern.az

PKK  məktəbləri bombaladı

PKK  məktəbləri bombaladı

Aktual

4 Fevral 2020, 20:44

PKK terror təşkilatı Suriyanın Afrin şəhər mərkəzində iki məktəbə və bir məscidə raket zərbələri endirib.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 1 şagird ölüb, 7-si yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, PKK-nın hücumu nəticəsində məktəb və məscid binasına ciddi ziyan dəyib.

Hücum zamanı 4 raketin atıldığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et