Modern.az

“Qarabağ Universiteti bizim üçün çox əhəmiyyətlidir” - Bayram Səfərov

“Qarabağ Universiteti bizim üçün çox əhəmiyyətlidir” - Bayram Səfərov

6 Fevral 2020, 15:58

“İndiki şəraitdə Qarabağ Universitetinin yaradılmasına böyük ehtiyac var. Belə universitetin yaradılması çox vacib məsələdir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, Şuşanın icra başçısı Bayram Səfərov deyib.

 

Onun sözlərinə görə, belə ali təhsil ocağının yaradılması Qarabağla bağlı bir çox məsələlərin öyrənilməsinə imkan yarada bilər:

 

“Hesab edirəm ki, Qarabağ Universitetini yaradıb bütün tariximizi, mədəniyyətimizi tədris etməliyik. Bu bizim üçün çox əhəmiyyətlidir. Sovet dövründə Xankəndidə Azərbaycan Pedaqoji İnstitutu fəaliyyət göstərirdi. Sonradan onun adını dəyişdirdilər. İndi Qarabağ Universiteti yaradılsa, çox yaxşı olar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı