Modern.az

Londonda da koronavirusa yoluxma qeydə alındı

Londonda da koronavirusa yoluxma qeydə alındı

Aktual

13 Fevral 2020, 00:59

Daha bir şəhərdə koronavirusa yoluxma qeydə alınıb.

 

Modern.az  xarici mediaya istinadən  xəbər verir ki, Londonda ilk dəfə yeni növ koronavirus- Covid-19-a yoluxma halı qeydə alınıb.

Məlumata görə, xəstə artıq paytaxt xəstəxanalarının birinə yerləşdirilib. Bununla da, Britaniyada koronavirusa yoluxanların sayı 9 olub.

Qeyd edək ki, ötən il dekabrın 31-dən Çinin Uhan şəhərindən yayılmağa başlayan virusdan ölənlərin sayı dünyada 1100-ü, yoluxanların sayı isə 42 mini keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et