Modern.az

İtkin düşən 4 nəfər tapılaraq ailəsinə təhvil verildi

İtkin düşən 4 nəfər tapılaraq ailəsinə təhvil verildi

Aktual

13 Fevral 2020, 09:12

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də 30 cinayətin üstü açılıb. Onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

 

Bakı şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 15 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et