İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin olunub.
Modern.az Azərbaycan Prezidentinin sərəncamı ilə bu vəzifəyə Rövşən Nəcəf təyinat alıb.
R.Nəcəf bu təyinatadək Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Daha əvvəl Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib.
R.Nəcəf 3-cü dərəcəli dövlət müşaviridir.
Evlidir, 2 övladı var.