Modern.az

“Gənclərin 90 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür” - Ədalət Muradov

“Gənclərin 90 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür” - Ədalət Muradov

Aktual

13 Fevral 2020, 11:07

Dünyada olan 10-24 yaş arası gənclərin 90%-i məhz inkişaf etməkdə olan ölkələrin payına düşür. 

 

Modern.az xəbər verir ki, bunu bu gün “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov deyib. 

 

O bildirib ki, müasir dövrdə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da rəqəmsal iqtisadiyyat əhəmiyyətlidir. 

 

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə Azərbaycanda iqtisadiyyatın inkişafı üçün qarşıya mühüm məqsədlərin qoyulduğunu və çox ciddi qərarların qəbul olunduğunu deyib:

 

“Rəqəmsal iqtisadiyyatın inkişafı qarşıya ciddi məsələlər qoyur. Təbii ki, rəqəmsal iqtisadiyyatın inkişafı müasir iqtisadi sahələrin ən azı 50%-ni ciddi dəyişikliyə məruz qoyur”.

Twitter
Sizə yeni tvit var
Keçid et