Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək. İclasda Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə ilə bağlı məsələlər müzakirə olunacaq.
MSK katibi Mikayıl Rəhimov Modern.az-a açıqlamasında bildirib ki, hər bir şikayətə baxılacaq:
“Əsasən MSK-ya daxil olan şikayətlər müzakirə olunacaq. Dəqiq araşdırılan şikayətlərə müvafiq cavab veriləcək”.
MSK-nın katibi bəzi dairələrdən olan şikayətlərin bəlli olduğunu da qeyd edib:
“Hər bir MSK üzvü məlum şikayətlərlə tanışdır”.
Xatırladaq ki, Milli Məclisə seçkilər fevralın 9-da keçirilib.