Modern.az

Hava meteohəssas insanlarda narahatlıq yaradacaq

Hava meteohəssas insanlarda narahatlıq yaradacaq

Aktual

13 Fevral 2020, 13:13

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz  5-7 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 774 mm civə sütünuna yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq. 

  

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz  8-13 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoz:

 

Fevralın 14-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da  bu da meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et