Modern.az

MSK-nın iclası başladı - ATƏT-in müraciətinə baxılıb - YENİLƏNİB

MSK-nın iclası başladı - ATƏT-in müraciətinə baxılıb - YENİLƏNİB

Aktual

13 Fevral 2020, 16:23

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə MSK sədr müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciəti daxil olub. Müraciət haqqında məlumat verən R. Qasımov deyib ki, ATƏT/DTİHB Seçki Müşahidə Missiyasının sədri Peter Teyler müşahidəçilərdən Aygün Attarın akkreditasiyasının ləğv olunması ilə bağlı müraciət edib.

 

MSK-nın iclasında Aygün Attarın akkreditasiyası ləğv olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et