Modern.az

Çingiz Qənizadə: “MSK-nın qərarına hörmətlə yanaşıram”

Çingiz Qənizadə: “MSK-nın qərarına hörmətlə yanaşıram”

Aktual

13 Fevral 2020, 18:01

“Hesab edirəm ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsində heç bir qanun pozuntuları olmayıb”.

 

Bu fikirləri Çingiz Qənizadə Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) tərəfindən 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrinin ləğv edilməsinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bu günə qədər DSK-ya bir dənə də olsun şikayət daxil olmayıb:

 

“Ləğv edilmiş 29 məntəqədə pozuntuların olması ilə bağlı məlumatlı deyiləm. Lakin Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.

 

Whatsapp
Bizə yazın!
Keçid et