Modern.az

Müdafiə naziri NATO-nun toplantısında iştirak edib

Müdafiə naziri NATO-nun toplantısında iştirak edib

Aktual

13 Fevral 2020, 19:20

Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 13-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et