Modern.az

Ağstafada baş verən qəzada iki nəfər xəsarət alıb

Ağstafada baş verən qəzada iki nəfər xəsarət alıb

Aktual

13 Fevral 2020, 19:55

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, rayonun Vurğun qəsəbəsində “VAZ” markalı minik maşını ilə “Ford transit” markalı yük maşını toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü  xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Hüseynov Elvin Əkrəm oğlu və 1990-cı il təvəllüdlü  Ələkbərov Vüsal İlqar oğludur. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et