Modern.az

Ağstafada maşın aşıb: ölən var

Ağstafada maşın aşıb: ölən var

15 Fevral 2020, 16:41

Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 14-də saat 19 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində rayon sakini F.İsmayılov idarə etdiyi “VAZ-21063” markalı avtomobili aşırıb.

 

Nəticədə sürücü və sərnişinləri - anası Sara, arvadı və qızı xəstəxanaya yerləşdirilib, Sara orada ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok