Modern.az

Füzulidə sakinlərin şikayəti nəzarətə götürüldü

Füzulidə sakinlərin şikayəti nəzarətə götürüldü

Aktual

22 Fevral 2020, 12:40

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib.
Səyar qəbulda rayon Polis Şöbəsinin rəisi, rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.  
         
Modern.az xəbər verir ki, səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.        
         
Alı Alıyev, həmçinin sosial sahədə davamlı xarakter daşıyan uğurlu addımlarıdan danışıb. Bildirib ki,  həqiqətən də, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib.

         
Bala Bəhmənli kəndinin ümumi əhalisi 2570 nəfərdi. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Bala Bəhmənli kənd sakinlərindən 2210 nəfərə hər ay 132600 manat vahid aylıq müavinət ödənilir. Bala Bəhmənli kəndində 3 şəhid ailəsi və 8 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 460 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.       
         
Bala Bəhmənli kəndində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.         
         
Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

  Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə  və  birinci xanım Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et