Modern.az

Çində koronavirusdan bir gündə 71 nəfər öldü

Çində koronavirusdan bir gündə 71 nəfər öldü

25 Fevral 2020, 09:04

Çində yeni növ koronavirusdan sutka ərzində 71 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən bildiriblər.

 

Məlumata əsasən, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 77600 nəfərə çatıb, onlardan 2663 nəfər ölüb, 27200 nəfər isə sağalıb.

 

Bildirilir ki, ötən sutka ərzində 2600 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok