Modern.az

Vilayət Eyvazovdan yeni rəis təyinatı

Vilayət Eyvazovdan yeni rəis təyinatı

Aktual

26 Fevral 2020, 19:54

Daxili İşlər aziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhərinin dəmir yolu nəqliyyatına rəis təyin edib. 

 

Modern.az xəbər verir ki, nazirin əmri ilə Mingəçevir şəhər polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 

 

Qeyd edək ki, bir müddət öncə şöbənin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilmişdi (qafqazinfo).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü