Modern.az

Teymur Rəcəbov İddiaçılar Turnirində imtina etdi

Teymur Rəcəbov İddiaçılar Turnirində imtina etdi

Aktual

6 Mart 2020, 11:54

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirində oynamaqdan imtina edib.

 

Modern.az-ın məlumatına görə, bunu FİDE açıqlayıb.

 

Qrossmeyster imtinasını şəxsi səbəblərlə izah edib. Qaydalara əsasən, imtina edən şahmatçını birinci ehtiyat idmançı – Maksim Vaşye-Laqrav əvəzləyib. Bu barədə məlumatlandırılan fransalı oynamağa hazır olduğunu təsdiqləyib.

 

Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək turnir martın 16-da start götürəcək.

Whatsapp
Bizə yazın!
Keçid et