Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 tərəfdaş qurumla birgə təşkil etdiyi qrant müsabiqələrinin nəticələrini açıqlayıb.
Modern.az xəbər verir ki, qalib olan 423 QHT-nin siyahısı cssn.gov.az və qhtxeber.az saytlarında yerləşdirilib:
"Müsabiqə qaliblərinin nəzərinə çatdırırıq ki, Şuranın qərarına uyğun olaraq layihə sənədlərində (layihə, icra planı, xərclər smetası və s.) müvafiq düzəlişlərin aparılması və müqavilə layihəsinin razılaşdırılması selis.az saytı üzərindən e-növbə proqramı ilə icra olunacaq.
Böyük məmnuniyyətlə onu da bildirmək istəyirik ki, ilk dəfə olaraq Şura ilə QHT-lər arasında qrant müqavilələrinin bağlanması "ASAN imza" vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Şuranın qərarından narazı qalan QHT-lər martın 16-dək selis.az saytı üzərindən e-apelyasiya proqramı vasitəsi ilə müraciət edə bilər".
Modern.az həmin siyahını təqdim edir:
//www.cssn.gov.az/news.php?id=3887&lang=az