Modern.az

Kruiz laynerində işləyən 12 misirli koronavirusa yoluxdu

Kruiz laynerində işləyən 12 misirli koronavirusa yoluxdu

Aktual

6 Mart 2020, 20:54

"Misirdə turist kruiz laynerində işləyən 12 Misir vətəndaşında koronavirus aşkar edilib".

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Mücahid deyib.

Onun sözlərinə görə, Asuan-Luksor reysi üzrə hərəkət edən kruiz laynerində tayvanlı turist koronavirusa yoluxub. Bu məlumatdan sonra laynerdə olan misirlilər yoxlamadan keçirilib və onların 12-də virus aşkarlanıb.

Sözügedən şəxslər xəstəxanaya yerləşdirilib. Laynerdə olan digər şəxslər 14 günlük karantinə alınıb.

Qeyd edək ki, buna qədər Misirdə 3 yoluxma halı qeydə alınmışdı.


Whatsapp
Bizə yazın!
Keçid et