Yunanıstan hərbçiləri tərəfindən Egey dənizində partladılan 3 rezin qayıqdan 97 miqrant xilas edilib.
Modern.az xəbər verir ki, qaçqınlar Türkiyənin Sahil Təhlükəsizliyi Komandanlığının əməkdaşları tərəfindən xilas edilib.
Belə ki, yunan tərəfi miqrantlarla dolu rezin qayıqların sahilə yaxınlaşmasına icazə verməyərək onları batırmaq qərarına gəlib.
Lakin qardaş ölkənin hərbçiləri qısa zamanda çarəsiz insanları batmaqdan xilas edib.