Dünyada koronavirusa yoluxma hallarının sayı 100 mini keçib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, onların yarıdan çoxu (55 mindən çox) sağalıb.
Məlumata görə, dünyada artıq 100 701 yoluxma hadisəsi qeydə alınıb. Onların yarıdan çoxu sağalıb - 55 191 nəfər, xəstəlik nəticəsində ölənlərin sayı isə ən az 3 454 nəfərdir.