Modern.az

Azərbaycandan Gürcüstana gedən avtobusların hərəkəti DAYANDIRILDI

Azərbaycandan Gürcüstana gedən avtobusların hərəkəti DAYANDIRILDI

Aktual

14 Mart 2020, 10:52

Gürcüstan və Azərbaycan sərhədində xüsusi dəhliz yaradılıb.

 

Modern.az xəbər verir ki, bunu  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

 

Onun sözlərinə görə, dəhliz vasitəsi ilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıda biləcək:

 

“Ötən gecə saat 01-dən etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Həmçinin Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub. Azərbaycanlıların həmin istiqamətdə, əcnəbi vətəndaşların isə Gürcüstandan ölkəmizə girişinə müvəqqəti qadağa qoyulub. Hazırda sərhəddə hər iki ölkə vətəndaşlarının öz ölkələrinə qayıtması üçün müvəqqəti dəhliz yaradılıb”.

 

N.Allahyarova yük daşımaları haqqında da məlumat verib. O vurğulayıb ki, yük daşımaları üçün də tranzit dəhliz təmin olunub.

 

Xatırladaq ki, Azərbaycandan Gürcüstana ictimai nəqliyyat Tbilisi, Marneuli və Laqadexi istiqamətində hərəkət edirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et