Modern.az

Yazıçılar Birliyi fəaliyyətini DAYANDIRIR

Yazıçılar Birliyi fəaliyyətini DAYANDIRIR

Aktual

14 Mart 2020, 16:55

“Azərbaycan Yazıçılar Birliyi (AYB) koronavirus pandemiyasından qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirəcək”. 

 

Modern.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev deyib. 

 

O bildirib ki, martın 16-dan etibarən birliyin fəaliyyəti məhdudlaşdırılacaq.

 

“Bəzi əməkdaşların, xüsusilə də yaşlı üzvlərin işə gəlməyinə məhdudiyyət qoyulacaq”, - A.Rzayev vurğulayıb. 

 

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et