Yaxın günlərdə Azərbaycanda maska və spirt istehsal ediləcək.
Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər tibbi maska və spirtə artan tələbatla bağlı danışarkən deyib.
M. Cabbarovun sözlərinə görə, hazırda bu məhsulların təchizatı ilə bağlı problem yoxdur:
"Yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisə işə düşəcək.Tibbi maskalarla bağlı addımlar atılıb. Yaxın həftələrdə tibbi maska istehsalına başlanılacaq. Bunun üçün bütün lazımı avadanlıqlar Azərbaycana gətirilib".
Spirt istehsalına gəldikdə, nazir deyib ki, ölkəmiz tam həcmdə özünü spirtlə təmin edir:
"Hətta bizim ixrac imkanlarımız da böyükdür. Biz davamlı olaraq ölkəni spirtlə təmin etmək gücündəyik".