Modern.az

Koronavirusun profilaktikasına dair göstərişlər hazırlandı

Koronavirusun profilaktikasına dair göstərişlər hazırlandı

Aktual

14 Mart 2020, 20:37

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.

AQTA-dan Modern.az-a verilən məlumata görə, göstərişdə qeyd olunub ki, ictimai iaşə müəssisələrində koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və ondan qorunma yolları barədə məlumatlandırılması zəruridir.

Belə ki, müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdirilməsi ilə artırıla bilər.

Metodiki göstərişlərin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Whatsapp
Bizə yazın!
Keçid et