Modern.az

Sumqayıt şəhərində şadlıq sarayında yanğın baş verib

Sumqayıt şəhərində şadlıq sarayında yanğın baş verib

Aktual

14 Mart 2020, 23:12

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən "Gold Palace" şadlıq sarayında yanğın qeydə alınıb.  

Modern.az  APA-ya istinadən xəbər verir ki, yanğın şadlıq sarayının çardağında tüstü təmizləyici kömür qurğusunda başlayıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın dərhal söndürülərək şadlıq sarayının dam örtüyünə və digər sahələrinə yayılmasının qarşısı alınıb.

Xəsarət alan olmayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et