Modern.az

Almaniyada koronavirusa yoluxanların sayı 19 min nəfəri ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 19 min nəfəri ötdü

Aktual

21 Mart 2020, 00:13

Almaniyada koronavirusa yoluxma hallarının sayı 19,7 minə çatdı.

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu göstəriciləri Almaniyanın federativ ərazilərindən daxil olmuş məlumatlara istinadən N-TV telekanalı açıqlayıb.

Qeyd edilir ki, əvvəlki günlə müqayisədə artım təxminən 4 min yeni hal təşkil edib. Şimali Reyn-Vestfaliya, Baden - Vürtemberq və Bavariya AFR-da koronavirusun yayılması episentri kimi qalırlar.

Ölkədə xəstəlikdən 40-dan çox insan ölüb.

Bazar günü AFR kansleri Angela Merkel və federativ ərazilərin baş nazirləri virusun çox sürətli yayılması əlaqədar olaraq ölkədə komendant saatının tətbiqi məsələsini müzakirə etmək niyyətindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et