Modern.az

Dövlət Xidmətindən tövsiyələri diqqətə alan vətəndaşlara TƏŞƏKKÜR

Dövlət Xidmətindən tövsiyələri diqqətə alan vətəndaşlara TƏŞƏKKÜR

Aktual

21 Mart 2020, 14:07

"Sərnişinlərimizə ümumi çağırışlarımızı və tövsiyələrimizi diqqətə aldıqları üçün minnətdarlığımızı bildiririk".

 

Bunu Modern.az-a açıqlamasında Dövlət Avtomobil Nəzarəti Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. N.Allahyarova deyib ki, zərurət olmadığı təqdirdə şəhərlərarası səfərlərini təxirə salmalarına dair müraciət nəticəsini verir:

 

"Belə ki, əlimizdə olan statistik məlumatlara əsasən sərnişindaşımada xeyli azalma müşahidə edilir. Bir daha xatırladım ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, eləcə də respublikanın 56 avtovağzal və avtostansiyası gündəlik iş rejimində fəaliyyət göstərir. Hansı ərazi üzrə qeydiyyatda olmalarından asılı olmayaraq sərnişinlərin paytaxtdan regionlara səfərləri gündəlik təmin edilir".

 

"Mart ayının 29-na qədər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə qeydiyyatda olan sərnişinlər paytaxta qayıda biləcək. Respublikanın digər şəhər və rayonlarında qeydiyyatda olan sərnişinlərimiz üçün paytaxta geri dönüş məhdudiyyəti NK-nın Operativ Qərərgahının təyin etdiyi müddətə qədər davam edəcək. Bütün tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərərgahın təlimat və tapşırıqlarına uyğun təşkil edilir,-deyə qurum rəsmisi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et